Rusiyanın “Lancet” adlı döyüş sursatları Xerson istiqamətində Ukrayna Silahlı Qüvvələrinin (USQ) tankını məhv edib.

Bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb.

Hərbi idarə düşmənin zirehli texnikasının məhv edilməsini əks etdirən videogörüntülər paylaşıb. "Rusiya paraşütçüləri Ukrayna Silahlı Qüvvələrinin tankını gəzən sursatla vurublar. Dəqiq zərbədən sonra tank alovlanıb", - məlumatda qeyd edilir.

Sentyabrın 15-də Rusiya Müdafiə Nazirliyi bir sutka ərzində Ukrayna Silahlı Qüvvələrinin 75-ə qədər şəxsi heyətinin və 2 “Akatsiya” özüyeriyən artilleriya qurğusunun Xerson istiqamətində məhv edildiyini bildirib.

E.ŞİRİNOV

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN