İzmirdə yanğının söndürülməsinə cəlb olunan helikopterin qəzaya uğraması nəticəsində 3 nəfər itkin düşüb.

Bunu Türkiyə Respublikasının kənd təsərrüfatı naziri İbrahim Yumaklı deyib.

Bildirilir ki, fəlakət ötən gecə helikopterin su götürdüyü Taxtalı bəndinə çırpılması nəticəsində baş verib.

“Hazırda yanğınsöndürmə vertolyotunun dörd ekipaj üzvündən biri xilas edilib, qalan üç ekipaj üzvünün axtarış-xilasetmə işləri davam edir”, -  Yumaklı sosial şəbəkədə yazıb.

Xatırladaq ki, sentyabrın 16-da, şənbə günü İzmirin ətraf qəsəbələrində meşə yanğını baş verib. Onun səbəbləri müəyyənləşdirilir. Yanğının söndürülməsi üçün Menderes ərazisinə 9 təyyarə, 20 helikopter, 54 yanğınsöndürən maşın, 20 sistern, buldozer və yüzlərlə mütəxəssis göndərilib.

E.ŞİRİNOV

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN