"Associated Press" agentliyinin polisə istinadən məlumatına görə,

Pakistanın Bahavalnagar şəhərində (şərqi Pəncab əyaləti) şiə müsəlmanlarının yürüşü zamanı baş verən güclü partlayış nəticəsində 3 nəfər ölüb, 50 -dən çox adam yaralanıb. Partlayış Aşura mərasimi keçirilən ərazidə baş verib.

Şəhər polisinin sözçüsü Məhəmməd Əsəd və şiə lideri Havar Şəfqət də partlayışı təsdiqləyiblər. Şahidlərin dediyinə görə, indi şəhərdə gərginlik hiss olunur, şiələr hücuma qarşı çıxıb və qisas tələb ediblər.

Qeyd edək ki, bu gün Məhərrəm ayının 10-u, yəni Aşura günü avqustun 19-na təsadüf edir.

Şiə müsəlmanları üçün Aşura, 680-ci ildə Məhəmməd Peyğəmbərin nəvəsi İmam Hüseynin hazırda İraqda yerləşən Kərbəla düzündə - Kərbəla döyüşündə şəhid olduğu gün kimi qeyd edilir.

Y.MƏMMƏDLİ

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN