2022-ci ilin fevralından bəri Kiyevdə hava hücumu min saatdan çox, yaxud bir ay yarım fasiləsiz hava həyəcanı səslənib, - deyə şəhər hərbi administrasiyasının rəhbəri Sergey Popko bildirib.

Xəbərdə deyilir ki, xüsusi əməliyyat başlayandan bəri Kiyevdə 870 dəfə hava hücumu xəbərdarlığı elan edilib.

Cümə axşamı səhər saatlarında bütün Ukraynada hava hücumu xəbərdarlığı elan edilib.

Ötən gecə Ukraynanın bir sıra bölgələrində güclü partlayışlar baş verib. Qeyd olunub ki, Rusiya hərbçiləri raket və pilotsuz uçuş aparatlarından istifadə etməklə birləşmiş zərbələr endirib.

Hadisə şahidləri sosial şəbəkələrdə Lvovda yüksək tüstü sütununun görüntülərini paylaşıblar. Lvovdan 75 kilometr cənubda yerləşən Droxobiç şəhərində də partlayışlar baş verib, burada anbarlar və sənaye obyekti yanıb.

Bundan başqa, Xarkov, Rivne və digər şəhərlərdə də partlayışların baş verdiyi bildirilir.

Kiyevdə partlayışlar baş verib. Hava hücumundan müdafiə sistemi işləyir. Bəzi ərazilərdə elektrik enerjisi və su təchizatında fasilələr yaranıb.

Kiyev vilayətində sənaye müəssisələrinin ərazisində partlayışlardan sonra yanğınlar başlayıb.

E.ŞİRİNOV

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN