Pakistan Azərbaycanın suverenliyi və ərazi bütövlüyünə sarsılmaz dəstəyini bir daha təsdiqləyir.

Bunu Pakistanın Xarici İşlər Nazirliyinin sözçüsü Mumtaz Zahra Baloç bildirib.

“Pakistan Qarabağı Azərbaycan Respublikasının suveren ərazisi kimi tanıyır. Bizim mövqeyimiz Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurasına və İƏT-nin çoxsaylı qətnamələrinə, eləcə də beynəlxalq hüquqa tam uyğundur. Ümid edirik ki, Azərbaycanın suverenliyi və bu ərazi bütövlüyünü bütün tərəflər qəbul edəcək və regionda davamlı sülhə yol açacaq.

"Pakistan Azərbaycan ərazisində mina partlayışları nəticəsində dəyərli insanların itkisinə görə Azərbaycan xalqına və hökumətinə dərin hüznlə başsağlığı verir", -deyə Mumtaz Zahra Baloç qeyd edib. 

 

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN