Ukrayna prezidenti Vladimir Zelenski ilə ABŞ prezidenti Co Bayden arasında Vaşinqtonda keçirilən görüşdə Ukrayna lideri Kiyevə yeni ATACMS raketlərinin verilməsini xahiş edib, həmçinin hava şəraitinə baxmayaraq, Ukraynanın əks-hücumunun payız və qış aylarında davam edəcəyinə söz verib.

Bu barədə “The New York Times” məlumat yayıb.

Nəşr qeyd edir ki, Zelenskinin sözlərinə görə, Ukrayna əks-hücumda Rusiyanın zəifliyindən istifadə etməyə ümid edir. Ukrayna lideri hesab edir ki, Rusiya ordusu itkilərə görə “fasilə verməli olacaq”.

“Qışda dayana bilmərik. Çətindir. Amma bizdə ötənilki təcrübə var”, - o deyib.

O, həmçinin Ukrayna qüvvələrinin Baxmut və daha iki şəhəri nəzarətə götürəcəyinə inanır, lakin hansı şəhərlər olduğunu açıqlamayıb. Zelenskinin sözlərinə görə, Ukrayna ordusunun “hərtərəfli planı” var.

Ukrayna prezidenti həmçinin Vaşinqtonun ATACMS raketlərini təmin edəcəyinə ümid etdiyini bildirib.

Buna cavab olaraq Co Bayden Vladimir Zelenskini əmin edib ki, ABŞ hərbi əməliyyatlar davam etdiyi müddətdə Ukraynanı dəstəkləyəcək.

Bir gün əvvəl Zelenski ABŞ-dakı danışıqların əsas mövzularından birinin adını çəkib.

Bundan əvvəl ABŞ Vaşinqtonda Zelenski ilə bağlı vəziyyəti dəyişdiyini açıqlamışdı.

E.ŞİRİNOV

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN