Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan iranlı həmkarı İbrahim Rəisi ilə telefonla İsrail-Fələstin münaqişəsini müzakirə edərək, münaqişənin tezliklə həll olunmasının vacibliyini bəyan edib.

Bu barədə Türkiyə liderinin administrasiyası məlumat yayıb.

"Danışıqlar zamanı İsrail-Fələstin münaqişəsi, bölgədə artan gərginlik və bu istiqamətdə atılması lazım olan addımlar müzakirə edilib. Prezident Ərdoğan münaqişənin tezliklə dayandırılmasının tərəfdarı olduğunu bildirib və bunun vacib olduğunu qeyd edib. Bu, regionda və bütün dünyada sülh üçün vacibdir”, - məlumatda deyilir.

E.ŞİRİNOV

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN