Ali Rada kanonik Ukrayna Pravoslav Kilsəsini (UPK) qadağan edən qanun layihəsini birinci oxunuşda qəbul edib.

Bu barədə parlamentin üzvü Yaroslav Jeleznyak özünün Teleqram kanalında məlumat verib.

Qanun layihəsini 267 deputat dəstəkləyib, 226 deputat tələb olunub.

Hələ yanvar ayında Ukrayna hökuməti ölkə prezidenti Vladimir Zelenskinin tapşırığı ilə hakimiyyət orqanları təşkilati cəhətdən Rus Pravoslav Kilsəsi ilə əlaqəli olduğuna qərar verərsə, UPK-nin qadağan edilməsinə imkan verən qanun layihəsi hazırlayıb parlamentə təqdim etmişdi.

Sənəd uzun müddət səsverməyə çıxarılmadı, çünki sentyabrın sonunda Radanın spikeri Ruslan Stefançukun etiraf etdiyi kimi, parlamentdə qanun layihəsini dəstəkləmək üçün kifayət qədər səs toplanmamışdı. Oktyabrın 5-də Ukrayna parlamentinin üzvü Yuliya Klimenko bildirib ki, artıq Radada kanonik kilsənin qadağan edilməsinə səs verməyə hazır olan kifayət qədər deputat var, lakin prezidentyönlü Xalqın qulluqçusu partiyasının parlament fraksiyasının rəhbəri, David Arakhamia, gözlənilmədən qanun layihəsini prioritet olmayan adlandırıb.

E.ŞİRİNOV

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN