Rusiya Federasiyasının FTX-si Rusiya Daxili İşlər Nazirliyi və Milli Qvardiya ilə birlikdə ölkənin 38 rayonunda silah və sursatların istehsalı və modernləşdirilməsi üzrə 42 yeraltı sexin fəaliyyətini dayandırıb.

Bu barədə FTX-nin mətbuat xidməti məlumat yayıb.

“Qanunsuz silah dövriyyəsi və satışı ilə məşğul olan ölkənin 38 rayonunun 119 sakininin cinayət fəaliyyətinin qarşısı alınıb”, - məlumatda deyilir.

FTX qeyd edib ki, gizli sexlərin ləğvi nəticəsində həm Rusiya, həm də xarici mənşəli 352 odlu silah götürülüb.

Cinayətkarlardan 42 qumbaraatan, 67 pulemyot, 105 tüfəng, karabin və ov tüfəngi, 120 revolver və tapança, 12 avtomat götürülüb. Müstəntiqlər həmçinin 607 qumbara, müxtəlif modifikasiyalı mərmi, mina və daha 138 min patron aşkar ediblər.

Bundan əlavə, Rusiya FTX cinayətkarların saxlanması və ələ keçirilən silahların görüntülərini yayıb.

E.ŞİRİNOV

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN