"Baykar" İdarə Heyətinin sədri Bayraktar Qəzzaya 280 milyon lirəlik humanitar yardım etməyə hazır olduqlarını bəyan edib.

O, dünyanı  Yaxın Şərqdə baş verənlərə səssiz qalmamağa səsləyib.

 “Qəzzada baş verən qırğınların dayandırılması üçün bütün bəşəriyyəti hərəkətə keçməyə dəvət edirik. Səssiz qalmaq bu qırğınlara tərəf olmaq deməkdir”, -deyə bildirib.

Selçuk Bayraktar X sosial media hesabında paylaşdığı video paylaşımında bəşəriyyət tarixinin ən ağır faciələrindən birinin Qəzzada yaşandığını vurğulayıb.

 Xatırladaq ki, oktyabrın 7-də səhər saatlarında HƏMAS qruplaşması tərəfindən Qəzza zolağından İsrailə raket hücumları başlayıb və silahlı qruplar ölkənin ərazisinə soxularaq polis idarəsini zəbt ediblər, mülki insanları girov götürüblər. İsraildə müharibə vəziyyəti elan olunub. Müharibə günbəgün daha da qızışır və məsələyə Livandakı "Hizbullah" terrorçuları da qoşulublar... 2 həftə ərzində minlərlə insan həyatını itirib, yaralanıb. İsrail bu dəfə terrorçu qrupları sonadək məhv edəcəyini bəyan edib.

JASMİN

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN