Bu gecə İsrail ordusu Livanda “Hizbullah” hərəkatının hərbi obyektlərinə silsilə hücumlar həyata keçirib.

“SAHAL dünən gecə İsrail ərazisinə atılan atışlara cavab olaraq “Hizbullah” terror təşkilatının bir sıra hərbi obyektlərinə gecə saatlarında hücum edib”,- deyə ordunun mətbuatı xidmətindən bildirilib.

Hərbi infrastrukturun, o cümlədən “Hizbullah”ın müşahidə məntəqələrinin atəşə tutulduğu vurğulanır.  Bir neçə livanlı yaraqlının, həmçinin onlardan birinin PUA ilə  öldürüldüyü qeyd olunur.

Qeyd edək ki, İsrail Müdafiə Nazirliyinin mətbuat xidməti Fələstinin HƏMAS ekstremistləri tərəfindən raket zərbələri ilə bir təyyarəni də vurmağa çalışdıqlarını bildirib. Onlar İsrail ordusunun cavab atəşi ilə məhv edilib.

“HƏMAS-ın hava qüvvələrinə aid terror birliyi,  təyyarəni raket atəşi ilə vurmağa cəhd etdikdən sonra Qəzza şəhərinə hədəflənmiş məqsədyönlü zərbə nəticəsində zərərsizləşdirilib”, - İsrail Müdafiə Qüvvələrinin mətbuat xidməti bildirib.

 

JASMİN

 

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN