Müdafiə Nazirliyi və İsrail Müdafiə Qüvvələri (İMQ) Livanla sərhəddə daha 14 yaşayış məntəqəsinin sakinlərinin təxliyyə edildiyini açıqlayıb.

Bu barədə ordunun mətbuat xidməti iki idarənin müvafiq birgə bəyanatını yayıb.

"Müdafiə Nazirliyinin Milli Fövqəladə Halların İdarə Olunması Agentliyi və İMQ hökumət tərəfindən maliyyələşdirilən təxliyə planının İsrailin şimalındakı əlavə yaşayış məntəqələrinə genişləndirilməsini elan edir. Plana 14 yaşayış məntəqəsi əlavə edilib: Snir, Dan, Beyt Hillel, Şe'ar. Yaşuv, HaQoshrim, Liman, Matsuva, Eilon, Goren, Gornot HaGalil, Even Menachem, Sasa, Zivon və Ramot Naftali”, - deyə məlumatda bildirilir.

"Yaşayış məntəqələrinin əlavə edilməsini müdafiə naziri Yoav Qalant təsdiqləyib. Bir müddət əvvəl Şimal Komandanlığı bu qərarla bağlı yerli hakimiyyət orqanlarının rəhbərlərini məlumatlandırıb. Plan bələdiyyə, Daxili İşlər Nazirliyi və Milli Fövqəladə Hallar Nazirliyinin rəhbərləri tərəfindən həyata keçiriləcək. İsrail Müdafiə Nazirliyinin İdarəetmə Agentliyi”, - deyə mətbuat xidməti əlavə edib.

Oktyabrın 20-də İsrail Müdafiə Nazirliyi və İMQ ölkənin şimalında, Livanla sərhədə yaxın Kiryat Şmona şəhərinin sakinlərinin təxliyə edildiyini elan edib.

E.ŞİRİNOV

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN