İraqın İslami Müqaviməti hərəkatına aid şiə silahlı qruplaşmalarının döyüşçüləri səhər saatlarında Ənbar vilayətində ABŞ-ın Ayn əl-Əsəd hərbi bazasına hücum ediblər.

“Al Hadath” telekanalının məlumatına görə, bazaya bir neçə raket atılıb. Hadisənin nəticələri barədə məlumat verilmir.

Oktyabrın 19 və 20-də Ayn əl-Əsəd bazası pilotsuz uçuş aparatları ilə hücuma məruz qalıb.

Oktyabrın 20-də Ərbilin inzibati mərkəzinin yaxınlığında (Bağdaddan 425 km məsafədə) Hərir hərbi aerodromuna iki pilotsuz təyyarənin hücumu dəf edilib. İraqın hava hücumundan müdafiə sistemləri həmçinin Bağdad Beynəlxalq Hava Limanı yaxınlığında yerləşən Amerikanın “Kamp Victoria” bazası üzərində PUA-lardan birini vurmağa nail olub.

Bundan əvvəl şiə qruplaşmalarının döyüşçüləri ABŞ-dan qoşunlarını İraqdan və Yaxın Şərqin digər ölkələrindən çıxarmasını tələb ediblər. Bəyanatda vurğulanıb ki, “Amerika qoşunları dərhal bölgəni tərk etməlidir, əks halda onların bazalarına davamlı hücumlar olacaq”.

E.ŞİRİNOV

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN