Şəhər iflicdir. Vətəndaşlar çox əziyyət çəkir. TEZADLAR.AZ xəbər verir ki, bunu Milli Məclisin deputatı, MCP lideri Razi Nurullayev bildirib.
O. Bakı sakinlərinin hər gün tıxaclarda xeyli vaxt itirdiklərini dilə gətirib.
"Evdən bir saat lap tez çıxır ki, gecikməsin, axşam bəzən iki-üç saat tıxaclarda itirir. Bir tikə çörək yeyib tez yatır ki, sabah erkən duracaq. Heç də maraqlı həyat deyil. Maşınların sayı da günü-gündən artır. Əslində, alternativ çıxış yolu çox deyil", - deyə o, qeyd edib.
Deputatın sözlərinə görə, tıxaclardan yaxa qurtarmağın yeganə yolu yeni metrostansiyalarının tikintisidir.
"Ən münasib yol şəhərin bütün nöqtələrinə, qəsəbələrinə metro çəkilişi və qatarların hərəkətidir. İctimai nəqliyyat isə hələ ki effektiv deyil. Vəziyyət doğurdan da ağırdır", - Razi Nurullayev bildirib.
JASMİN 
Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN