Bu gün səhər saatlarında Tərtər rayonu Talış kəndi ərazisində əkin təsərrüfatında çalışan traktorçu 1970-ci il təvəllüdlü Nurəliyev Elçin Xanbaba oğlunun minaya düşməsi barədə polisə məlumat daxil olub.

DİN-in mətbuat xidmətinin yaydığı məlumatda  deyilir  ki, vətəndaş ərazidən çıxarılaraq xəstəxanaya çatdırılıb. Aldığı xəsarətlər nəticəsində onun bir qolu amputasiya edilib. Hadisə əkin sahəsində iş prosesi vaxtı baş verib. Araşdırma aparılır.

Makron isə sinəsini cıraraq ermənilərin hüquqlarının pozulmasında ağız dolusu danışır... Bu utanmamağın son həddidir! Azərbaycan ərazisində erməni minası hardandır? Bunu kim basdırıb? Yalnız Makron kimi ağılsız olmaq lazımdır ki, bu suala cavab verməkdə susasan. Susması cəhənnəmə, Makron hələ bir ermənilərin mina terrorunu nəzərə almadan bu mənfurların hüquqlarını da müdafiə etməkdədir... Həyasızlığın son həddi...

A.Məmmədli

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN