İsrail ordusu gün ərzində Qəzza zolağında Fələstinin HƏMAS radikal qruplaşmasının 250 hədəfinə zərbələr endirib.

Bu barədə ordunun mətbuat xidməti məlumat yayıb.

“Son sutka ərzində İMQ (İsrail Müdafiə Qüvvələri) qırıcıları Qəzza zolağında HƏMAS-ın 250-dən çox terrorçu hədəfinə, o cümlədən terrorçuların infrastrukturuna, əməliyyat komandanlıq mərkəzlərinə, mülki ərazilərin ortasında yerləşən tunel şaftlarına və raket buraxılış qurğularına zərbələr endirib", - məlumatda deyilir.

Bundan əlavə, ordunun bildirdiyinə görə, İsrail dəniz qüvvələri Qəzza zolağının cənubundakı Xan Yunis şəhərində HƏMAS radikallarının istifadə etdiyi yer-hava tipli raket buraxılış qurğusuna hücum edib.

“Bu mövqe məscid və uşaq bağçasının yanında yerləşirdi ki, bu da HƏMAS-ın mülki obyektlərdən terror məqsədləri üçün qəsdən istifadə etdiyini sübut edir”, - İsrail ordusu bildirib.

E.ŞİRİNOV

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN