Qərb ölkələri bu ölkənin Sudan ordusu ilə əlaqələrinin güclənməsi fonunda İranın Yaxın Şərqdə təsirinin mümkün artımından narahatdır.

Bu barədə “Bloomberg” məlumat yayıb.

Jurnalistlər Sudan və İran arasında 2016-cı ildə kəsilən münasibətlərin bərpasına diqqət çəkiblər. Mənbələr hesab edir ki, bu, “Sudan ordusunun İran silahlarını və rəqib xüsusi təyinatlılarla mübarizə aparmaq üçün təcrübəsini alması” ilə nəticələnə bilər. Nəşrdə qeyd edildiyi kimi, hadisələrin bu cür inkişafı xüsusi təyinatlılarla silahlı qarşıdurmanın hələ də davam etdiyi Sudanda münaqişənin daha da genişlənməsi ilə nəticələnir.

İki ölkə arasında əlaqələri bərpa etmək təşəbbüsləri Sudanda vətəndaş müharibəsinin başlaması fonunda pozulan Sudan və İsrail arasında münasibətləri normallaşdırmaq üçün ABŞ-ın dəstəklədiyi cəhdlərə də mənfi təsir göstərə bilər.

“Bloomberg”-in həmsöhbətləri hesab edirlər ki, Vaşinqton həm də İranın Sudana aparat ixrac edərək pilotsuz təyyarələrin təchizatı proqramını genişləndirməsindən qorxur. Belə ki, Sudanın xarici işlər naziri vəzifəsini icra edən Əli əs-Sadiq Əli iyul ayında iranlı həmkarı Hüseyn Əmir Abdullahian ilə danışıqlar aparıb və tərəflər arasında münasibətlərin bərpası, siyasi və iqtisadi əlaqələrin gücləndirilməsi barədə razılıq əldə olunub.

Agentlik xatırladıb ki, hadisələr 2007-ci ildə İran və Sudan qarşılıqlı müdafiə haqqında saziş bağlayanda oxşar şəkildə inkişaf edib. Bundan sonra Xartum İrandan raket və dron idxalını artırıb.

Sudan ordusunun komandiri, eyni zamanda Suveren Şuranın sədri olan Əbdülfəttah əl-Burhan ilə Çevik Reaksiya Qüvvələrinin (ÇRQ) rəhbəri Məhəmməd Həmdan Daqalo arasındakı fikir ayrılıqları səbəbindən Sudanda vəziyyət aprel ayında gərginləşib. Aprelin 15-də ölkədə silahlı qarşıdurma başlayıb. İlk atışma və partlayış səsləri ölkənin paytaxtı Xartumda eşidilib - ÇRQ onların qərargahına ordu nümayəndələrinin hücumuna məruz qaldığını bildirib. Bununla belə, ÇRQ-nin özləri paytaxt hava limanını, Merovdakı hava limanını, eləcə də prezident sarayını ələ keçiriblər. Sudan Ordusu da öz növbəsində ÇRQ-ni qiyamda ittiham edib və onların bazalarını vurub.

Rusiya Xarici İşlər Nazirliyi, BMT və bir sıra digər idarə və təşkilatlar döyüşən tərəfləri atəşkəsə və danışıqlara qayıtmağa çağırıb. Lakin ordu onlara üsyançı hesab etdiyi üçün ÇRQ ilə danışıqlara getməyəcəyini bildirərək cavab verib. Bu günə qədər davam edən qarşıdurma nəticəsində minlərlə insan həlak olub, on minlərlə insan yaralanıb.

E.ŞİRİNOV

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN