İsrail ordusu Qəzza zolağına hücumlarda ağ fosforlu sursatdan istifadə edib.

Bu barədə Fələstinin Cenevrədəki BMT-dəki daimi nümayəndəsi İbrahim Kraişi jurnalistlərlə söhbətində bildirib.

“İsrail Qəzzaya zərbələr endirərkən ağ fosfordan istifadə edib, bu da “Human Rights Watch” təşkilatı tərəfindən aşkar edilib”, - o qeyd edib.

Oktyabrın 12-də “Human Rights Watch” (HRW) həmçinin İsrailin qadağan olunmuş fosforlu sursatlardan istifadə etdiyini bildirib. Belə silahlardan istifadə faktını Fələstin Xarici İşlər Nazirliyi də açıqlayıb.

E.ŞİRİNOV

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN