Rusiyada ac olan şəxsə çörək sexində çörək verilməməsi hər iki tərəf üçün baha başa gəldi - biri həkimlik, digəri isə həbsxanalıq olub...

Çerepovetsdə  ona pulsuz yemək verməkdən imtina etdiyi üçün çörək sexində pnevmatik qumbara partladıb.

Çörək sexində əsl döyüş filmi baş verib.

Həmin şəxs əvvəlcə satıcılara pulunun olmadığını deyib və çörəyin pulsuz verilməsini tələb edib. İmtina cavabı aldıqdan sonra o, pnevmatik qumbara çıxarıb piştaxtanın arxasına atıb. Hadisə videoya çəkilib və internetdə yayılıb.

Partlayışda çörək sexində işləyənlərdən birinin əlindən xəsarət aldığı bildirilir.

Hadisəni törədən şəxs partlayışdan sonra qaçsa da, çox tez saxlanılıb.

Ona qarşı cinayət işi açılıb, təqsirləndirilən şəxsi RF qanunlarına görə, 7 ilədək həbsxana həyatı gözləyir...

 

JASMİN

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN