“Maariv” nəşrinin jurnalistlərinin İsraildə həftəlik keçirdiyi sorğuya əsasən,

ordunun dərhal Qəzzaya genişmiqyaslı hücuma keçməli olub-olmaması ilə bağlı suala israillilərin 29%-i razıdılığını, 49%-i isə “gözləmək daha yaxşı olar” fikrini deyib.

Bu rəqəmlər bir həftə əvvəl İsraildə keçirilən analoji sorğu ilə ziddiyyət təşkil edib. O zaman, 65% böyük quru hücumunu dəstəklədiklərini söyləmişdi.

“Cavabların təhlilindən belə görünür ki, siyasi düşərgə və ya demoqrafik göstəricilərə görə heç bir bölgü yoxdur və demək olar ki, əmindir ki, hazırda gündəmdə olan girov məsələsi ilə bağlı hadisələr bu dəyişikliyə böyük təsir göstərib (fikirlərdə)," – “Maariv” yazdı.

Redaksiya bu faizin 36% azalma səbəbinin nədən qaynaqlandığını öyrənmək istəyib və Süni İntellektdən bu rəqəmlərə münasibət bildirməyi və cəmiyyətin əhval-ruhiyyəsində bu qədər ciddi dəyişikliklərin səbəbinə  aydınlıq gətirməyi xahiş ediblər.

Sİ-in fikrincə, dəstəyin azalmasının bir neçə mümkün izahı var.

Qeyd edilib ki, onlardan birincisi, bəlkə də israillilər Qəzzada 10 ildən artıqdır davam edən münaqişədən sadəcə olaraq yorulublar, ikincisi, böyük quru hücumunun ağır itkilərlə nəticələnəcəyindən qorxa bilərlər, üçüncüsü, onlar sülhün əldə edilməsində diplomatiya və təzyiq kimi digər tədbirlərin daha təsirli ola biləcəyinə inana bilərlər.

“Bununla belə, sorğunun nəticələri göstərir ki, israillilər Qəzzaya genişmiqyaslı qurudan hücuma getdikcə şübhə ilə yanaşırlar. Bu, İsrail hökumətinin belə bir hücumu həyata keçirməyə qərar verməsini çətinləşdirə bilər”, -Süni İntellekt bildirir.

Qeyd edək ki, KİV-in məlumatına görə, Qəzzada quru əməliyyatın gecikdirilməsinin səbəbi İsrail hökumətinin başçısının girovların azad edilməsi ilə bağlı danışıqlara vaxt udmağa çalışması ilə bağlıdır.

  Xatırladaq ki, oktyabrın 7-də səhər saatlarında HƏMAS terror qrupu tərəfindən Qəzza zolağından İsrailə raket hücumları başlayıb və silahlı qruplar ölkənin ərazisinə soxularaq polis idarəsini zəbt ediblər, mülki insanları girov götürüblər. Minlərlə insan həyatını itirib. İsraildə müharibə vəziyyəti elan olunub.

 

Y.MƏMMƏDLİ

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN