Rusiyanın müdafiə naziri Sergey Şoyqu Ukrayna ordusunun psixoloji vəziyyətinin yaxşı olmadığını bildirib.

TEZADLAR.AZ xəbər verir ki, Şoyqu Rusiya ordusunun “Şərq” hərbi hissələri ilə görüşüb və Ukraynadakı vəziyyətlə bağlı qiymətləndirmələr aparıb.

Ukrayna ordusunun resurslarının azaldığına diqqət çəkən Şoyqu deyib:

"Bugünkü vəziyyət göstərir ki, düşmənin imkanları getdikcə azalır”. 

Şoyqu Ukrayna ordusunun həm də psixoloji cəhətdən problemli olduğunu vurğulayaraq onu da deyib ki, son 3-4 həftə ərzində könüllü təslim olan və ya əsir düşən ukraynalı əsgərlər bizə Ukrayna ordusundakı neqativ psixoloji vəziyyətdən danışır.

Nazir Şoyqu Ukraynanın çoxlu sayda döyüş təyyarəsini itirməyə başladığını da bildirib:

"5 gün ərzində 24 Ukrayna təyyarəsini vurduq. Sizi ürəkdən təbrik edirəm. Yaxşı mübarizə aparırsınız və düşünürəm ki, belə davam edəcək". 

Xatırladaq ki, Rusiya ordusu 2022-ci il fevralın 24-də Ukrayna ilə müharibəyə başlayıb.

trt

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN