Karaqandadakı Kostenko mədənində baş vermiş qəza nəticəsində ölənlərin sayı 21-ə çatıb, 23 şaxtaçı yerin altında qalıb.

Tezadlar.az xəbər verir ki, bu barədə müəssisənin sahibi olan “Arcelormittal Temirtau” şirkətinin mətbuat xidməti məlumat yayıb.

Bundan əvvəl fövqəladə vəziyyət nəticəsində 20 nəfərin öldüyü bildirilirdi.

"252 mədənçidən 208-i səthə çıxarılıb, onlardan 18-i həkimə müraciət edib. 23 şaxtaçı mədəndə qalıb. 21 şaxtaçının cəsədi tapılıb. Axtarış-xilasetmə işləri davam edir", - məlumatda deyilir.

Qəzadan sonra Qazaxıstan prezidenti Kasım-Jomart Tokayev hökumətə respublikanın dağ-mədən və metallurgiya sektorunun ən böyük müəssisəsi olan və “Arcelormittal” transmilli metallurgiya qrupunun bir hissəsi olan “Arcelormittal Temirtau” şirkəti ilə investisiya əməkdaşlığını dayandırmağı tapşırıb. Öz növbəsində, Qazaxıstan hökuməti “Arcelormittal Temirtau” ASC-nin səhmdarları ilə ilkin razılıq əldə edib, hazırda müəssisənin mülkiyyət hüququnun dövlətin xeyrinə verilməsi üçün sövdələşmə yekunlaşmaq üzrədir.

Avqustun 17-də səhər saatlarında Karaqanda vilayətində “Arcelormittal Temirtau” şirkətinin “Kazakhstanskaya” mədənində konveyer yanıb.

E.ŞİRİNOV

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN