Azərbaycanla sülhün bərqərarına və münasibətlərin nizamlanmasına kömək edə biləcək üç əsas prinsip razılaşdırılıb. Bu barədə oktyabrın 30-da baş nazir Nikol Paşinyan Ermənistan parlamentində bildirib.

Onun sözlərinə görə, tərəflər bu prinsiplərə əməl etsələr, sülh müqaviləsinin imzalanması real olacaq. "Birinci prinsip ondan ibarətdir ki, Ermənistan və Azərbaycan bir-birinin ərazi bütövlüyünü tanımalıdır. Üstəlik, Ermənistan ərazisinin 29800 kvadrat kilometr, Azərbaycanın isə 86600 kvadrat kilometr olduğunu başa düşməklə", - Paşinyan deyib. İkinci prinsip odur ki, Alma-Ata bəyannaməsi dövlət sərhədinin delimitasiyası və gələcək demarkasiyası üçün siyasi əsas olmalıdır. Üçüncü prinsip bütün regional kommunikasiyaların açılmasıdır. Bu, suverenliyə, yurisdiksiyaya və qanunvericiliyə qarşılıqlı hörmət prinsipləri əsasında baş verməlidir. "Bizim planlarımıza Azərbaycanla sülhün və münasibətlərin bərqərar olması haqqında sazişin imzalanması və Türkiyə ilə münasibətlərin nizamlanması daxildir. Başa düşürük ki, bu, asan olmayacaq, amma belə  proqramın irəliləməsi Ermənistanın dövlət maraqlarına uyğundur", - Paşinyan deyib. 

Bəli, Ermənistan rəhbərliyi gec də olsa anlamalıdır ki, artıq geriyə yol yoxdur: ya Azərbaycanla sülh sazişi bağlamalıdır, ya da özünün qonşuluqdan və insanlıqdan uzaq bir ölkə olduğunu nidalamalıdır... Yox, əgər yenə də "Dəmir yumruq" istəyirlərsə, indi artıq o yumruq poladdan olacaq...

A.Məmmədli

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN

ÇOX OXUNAN XƏBƏRLƏR

MÜSAHİBƏ

QALEREYA