Bazar günü saat 21:00-a yaxın Ermənistan Silahlı Qüvvələrinin baş leytenantı Artur Borisoviç Davidyan yuxarı komandanlığın icazəsi olmadan daimi dislokasiya yerini tərk edib.

 Bir müddət sonra onunla əlaqə itib. İlkin məlumata görə, baş leytenant pis görmə şəraitində azıb və Azərbaycan tərəfinə keçib. Bu barədə Ermənistan Müdafiə Nazirliyinin məlumatında deyilir. Rusiya tərəfinin vasitəçiliyilə hərbi qulluqçunun Azərbaycan tərəfinə keçməsinin təsdiqlənməsi üçün addımlar atılır, məlumatda bildirilir. Azərbaycan Müdafiə Nazirliyi hələlik bu məlumatı şərh etmir. 

***

Belə davam edərsə, Paşinyanın darmadağın günə düşmüş ordusunun mövcud vəziyyəti qiymətləndirən zabitləri bir-bir Azərbaycana pənah gətirəcək. Sual olunur: bu erməni zabit niyə azıb Paşinyana tərəf deyil, Azərbaycana tərəf gəlir? Əgər o dislokasiya yerini bu qədər itiribsə, deməli, Ermənistan ordusunun hərbçisi deyil... Qısası, vəziyyət belə davam edəcəksə, Ermənistan belə hallarla tez-tez qarşılaşacaq...

A.Məmmədli  

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN