İsrail Müdafiə Qüvvələri Qəzza zolağında süni intellekt də daxil olmaqla hədəfləri axtarmaq üçün yeni vasitələrdən istifadə edir, - İMQ Hərbi Kəşfiyyat İdarəsi bildirib.

Bu barədə “The Times of Israel” qəzeti məlumat yayıb.

İddia olunur ki, yüzlərlə hərbçi zərbələr üçün hədəfləri müəyyənləşdirmək, həmçinin əldə edilən məlumatları dərhal yerdəki bölmələrə ötürmək üçün çalışır.

Nəşr adı açıqlanmayan İsrail kəşfiyyatçısının sözlərindən sitat gətirib: “Müharibə zamanı düşmən özünü fərqli aparır və bu, yeni imkanlar yaradır”.

İsrail Müdafiə Qüvvələri oktyabrın 7-dən bəri Qəzza zolağında 12 mindən çox hədəfi vurduğunu bildirib.

E.ŞİRİNOV

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN

ÇOX OXUNAN XƏBƏRLƏR

MÜSAHİBƏ

QALEREYA