FTX əməkdaşları Buryatiyada Ukrayna xüsusi xidmət orqanlarının şərikini saxlayıblar.

Tezadlar.az xəbər verir ki, bu barədə Rusiya Federasiyası FSB-nin İctimaiyyətlə Əlaqələr Mərkəzi məlumat yayıb.

İstintaqın məlumatına görə, o, xüsusi əməliyyat zonasına gəldikdən sonra Rusiya hərbçilərini Ukrayna Silahlı Qüvvələrinin (USQ) tərəfinə keçməyə razı salıb. O, həmçinin onlara Ukrayna xüsusi xidmət orqanlarının və Azov alayının kuratorları ilə əlaqə təşkil edəcəklərini vəd edib.

Həmin şəxsə qarşı Rusiya Federasiyası Cinayət Məcəlləsinin 275-ci - dövlətə xəyanət maddəsi ilə cinayət işi başlanıb. Bu maddə ilə onu ömürlük həbsə qədər cəza gözləyir.

Bir gün əvvəl FTX DXR-də məxfi məlumatları Ukraynaya ötürməkdə şübhəli bilinən yerli sakinin saxlanması barədə məlumat vermişdi. Oktyabrda hərbi komissarlıqda terror aktı törətməyi planlaşdıran ukraynalı agent Tverdə həbs olunarkən məhv edilib.

E.ŞİRİNOV

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN