"Qarabağ" UEFA Avropa Liqasının Liqa mərhələsinin II turunda bu gün İsveç təmsilçisi "Malmö" ilə qarşılaşacaq.

Tezadlar.az xəbər verir ki, Tofiq Bəhramov adına Respublika stadionunda baş tutacaq görüş bu gün saat 20:45-də olacaq. Görüşü Yunanıstandan olan hakimlər briqadası idarə edəcək.

UEFA Avropa Liqası

Liqa mərhələsi

II tur

3 oktyabr

20:45. "Qarabağ" - "Malmö" (İsveç)

Baş hakim: Anastasios Papapetru.

Tofiq Bəhramov adına Respublika stadionu.

Qeyd edək ki, Azərbaycan çempionu UEFA Avropa Liqasının Liqa mərhələsinin I turunda səfərdə "Tottenhem"ə 0:3 hesabı ilə uduzmuşdu. "Köhlən atlar" turnirdə növbəti matçını oktyabrın 24-də Bakıda "Ayaks"a (Niderland) qarşı keçirəcək.

Komandamıza uğurlar arzulayırıq!

ELÇİN

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN