Salome Zurabişvilinin administrasiyası Tbilisi ilə Pekin arasında diplomatik qalmaqalla bağlı bildirib ki, Gürcüstan prezidenti Çin prezidenti Si Cinpinin yox, Rusiya prezidenti Vladimir Putinin məhkəməsinə ümid edir.

Bu barədə “VZQLYAD” qəzetinin Tbilisidəki müxbiri xəbər verir.

Çərşənbə axşamı Gürcüstan Prezident Administrasiyasının rəhbəri Natia Sulava Çinin səfiri Çjou Qiyanı qəbul edib və bildirib ki, Salome Zurabişvili fransalı jurnalistlərə verdiyi qalmaqallı müsahibəsində “Gürcüstanın ərazilərini işğal edən Rusiya prezidentinin mümkün mühakiməsinə istinad ediri”.

Bir gün əvvəl Gürcüstanın baş naziri İrakli Qaribaşvili Çin Xalq Respublikasının sədri Si Cinpinin “uyğurların soyqırımı”na görə gələcəkdə pislənməsinə imkan verən prezident Salome Zurabişvilinin bəyanatlarını “qeyri-qanuni” və “qəti şəkildə qəbuledilməz” adlandırıb.

Bundan əvvəl Gürcüstan prezidenti Salome Zurabişvili Fransanın “LCI” televiziyasına müsahibəsində, xüsusən də Rusiya və Çin başçılarının mümkün mühakiməsi ilə bağlı sualı cavablandırarkən, Çin prezidenti Si Cinpinin “uyğurların soyqırımına” görə mühakimə oluna biləcəyi ilə razılaşıb. lakin bunun “qeyri-real” olduğunu etiraf edib.

E.ŞİRİNOV

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN

ÇOX OXUNAN XƏBƏRLƏR

MÜSAHİBƏ

QALEREYA