Bu gün daha 94 nəfər 31 ildən sonra Laçına qayıdıb doğma ocağın istisinə qızışacaq...

Dövlət Qaçqınkom- dan "Təzadlar"a verilən məlumatda deyilir: "Prezident, Ali Baş Komandan İlham Əliyevin tapşırığına uyğun olaraq, Laçın rayonunun yenidən salınan Zabux kəndinə növbəti köç karvanı yola salınıb. Belə ki, Abşeron rayonunda, Bakı və Sumqayıt şəhərləri ərazisindəki yataqxana, sanatoriya, pioner düşərgəsi, yarımçıq tikililər və inzibati binalarda müvəqqəti məskunlaşmış ailələrdən ibarət növbəti köç karvanı Bakı şəhərinin Qaradağ rayonundakı “Qobu park 3” yaşayış kompleksindən yola salınıb. Bakıdan yola düşən köç karvanına Tərtər, Bərdə, Qax və Lənkərandan Zabuxa qayıdan ailələr də qoşulacaq. Bu gün kəndə 25 ailə - 94 nəfər köçürülür. Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Azərbaycan Ordusunun qazandığı Zəfər nəticəsində məcburi köçkünlərin 30 ildən sonra könüllü, təhlükəsiz və ləyaqətlə doğma yurdlarına qayıtmasına imkan yaranıb. Doğma yurda qayıdan zabuxlular hərtərəfli dövlət qayğısı ilə əhatə olunduqlarına görə Prezident İlham Əliyevə və birinci xanıma Mehriban Əliyevaya təşəkkür ediblər. Onlar, həmçinin torpaqlarımızı işğaldan qurtaran rəşadətli Azərbaycan Ordusuna, qəhrəman əsgər və zabitlərimizə minnətdarlıqlarını bildirib, bu yolda canlarından keçən şəhidlərimizə rəhmət, ailələrinə səbir diləyiblər...".

Bəli, doğma yurd həsrətinə son qoyulmaqdadır. Düşmənin işğalçılıq niyyət və arzularının üstündən qara xətt çəkilməklə sülh və qonşuluq prinsipləri ilə yaşamaqdan başqa yolu olmadığına ən tutarlı cavab da elə budur. Bu cavabı həm də yurda qayıdan keçmiş məcburi köçkünlərimizin öz evlərində yaşamalarıdır... Onu da deyək ki, Laçın rayonunun Zabux kəndində bundan sonra 46 ailə, yəni 188 nəfər yaşayacaq. 

Qayıdışımız mübarək!

 

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN