Fransanın bir sıra şəhərlərindəki Rusiya viza mərkəzləri noyabrın 24-də fəaliyyətini dayandıracaq, viza müraciətləri konsulluq və səfirliklər vasitəsilə qəbul ediləcək.

Bu barədə Rusiyanın Fransadakı diplomatik nümayəndəliyindən məlumat verilib.

“Sizə bildirmək istərdik ki, 24 noyabr 2023-cü il tarixindən etibarən Paris, Marsel, Nitsa və Strasburqdakı Rusiya viza mərkəzləri fəaliyyətini dayandıracaq”, - səfirliyin bəyanatında deyilir.

“Rusiyaya vizaların alınması ilə bağlı suallarınız üçün Rusiya Federasiyasının Fransadakı Səfirliyinin konsulluq şöbəsi, Rusiya Federasiyasının Strasburqdakı Baş Konsulluğu, Rusiya Federasiyasının Marseldəki Baş Konsulluğu və Rusiya Federasiyasının Villefranche-sur-Mer-dəki kansleri ilə əlaqə saxlayın”, - səfirliyin bəyanatında daha sonra bildirilir:

E.ŞİRİNOV

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN