İsrailin baş naziri Benyamin Netanyahu HƏMAS hərəkatı tərəfindən əsir götürülən girovların qaytarılması ilə bağlı rəsmi Vaşinqtonla artıq razılaşdırılmış razılaşmadan imtina edib.

Bu barədə məşhur amerikalı jurnalist Seymur Herş məlumat verib.

“Amerika tələbi 71 girovun azad edilməsini nəzərdə tuturdu. Bu hesabla bağlı razılıq əldə olundu, lakin HƏMAS da müharibənin beş günlük dayandırılmasında israr etdi. Bu, Netanyahu tərəfindən dərhal rədd edildi”, - Herş “Substack”-də bloq yazısında yazıb.

Oktyabrın 7-də Fələstin-İsrail münaqişəsi zonasında növbəti gərginlikdən sonra 200-dən çox girov HƏMAS-ın əlinə keçib. Onların arasında 6-sı rus olmaqla 138 əcnəbi olduğu bildirilir.

Bu arada İsrailin Rusiyadakı səfiri Aleksandr Ben Zvi Həmas hərəkatının nümayəndələrinin girov danışıqlarından çəkildiyini açıqlayıb. Onun sözlərinə görə, İsrail heç vaxt əsir düşənlərin siyahısını almayıb və Təl-Əviv də onların vəziyyəti barədə heç nə bilmir.

​​​​ E.ŞİRİNOV

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN