İsraildə ilk dəfə olaraq Qəzza zolağında hərbi əməliyyatlara qarşı etiraz aksiyası keçirilib və yüzlərlə insan iştirak edib.

Bu barədə TASS məlumat verib.

“Mitinq iştirakçıları əllərində ivrit, ərəb və ingilis dillərində yazılmış “Müharibəni dayandırın”, “Dərhal barışıq” və “Müharibədə qalib yoxdur” kimi şüarlar yazılmış lövhələr tutublar.

Hakimiyyətlə razılaşdırılan aksiyanı İsrail ərəblərinin dəstəklədiyi Hadaş partiyası təşkil edib.

Eyni zamanda, Qəzza zolağında hərbi əməliyyata dəstək verən daha kiçik nümayiş müharibə əleyhdarlarının qarşısına keçib. Vətənpərvərlər şüarsız, lakin girovların fotoşəkilləri və mahnılarla çıxış ediblər.

Bütün dünyada İsrailin Qəzzə zolağında hərbi əməliyyatını dayandırmağa çağıran etiraz aksiyaları keçirilir. Böyük Britaniyada fələstinlilərə dəstək dalğası fonunda onlar kütləvi mitinqlərlə, etirazlarla bağlı qanunları sərtləşdirməyə hazırlaşırlar.

​ E.ŞİRİNOV

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN