Qazaxıstanın Jambıl vilayətində yerləşən hərbi hissədə partlayışdan sonra baş verən yanğının söndürülməsi zamanı 4 nəfər ölüb.

Bu barədə Qazaxıstanın müdafiə naziri Nurlan Yermekbayev brifinqdə bildirib.

“Təəssüf ki, nəticələrin aradan qaldırılması zamanı 4 hərbçi şəhid oldu”, deyə nazir vurğulayıb.

***

Qazaxıstanın Jambıl rayonundakı hərbi hissədə baş verən partlayış zamanı xəsarət alan 28 nəfər xəstəxanaya yerləşdirilib.

TASS xəbər verir ki, onlardan 6-sının vəziyyəti ağırdır.

***

Qazaxıstanın Jambıl rayonunda yerləşən hərbi hissədə baş verən partlayış nəticəsində 60 nəfər yaralanıb.

“Reuters”in verdiyi xəbərə görə, ölkənin müdafiə nazirinin müavini Ruslan Şpekbayev hadisənin partlayıcı maddələrin saxlanıldığı mühəndis-istehkam anbarında baş verdiyini deyib.

Anbarda bir neçə güclü partlayışdan sonra meydana gələn yanğının hələ də davam etdiyi bildirilir.

Hadisə ilə əlaqədar yaxınlıqda yerləşən yaşayış məntəqələrinin əhalisi təxliyə edilib, ərazidəki avtomobil yolları və dəmiryolu xətlərindən istifadə məhdudlaşdırılıb.

Qazaxıstan Prezidenti Qasım Comərd Tokayev “Twitter” hesabında etdiyi paylaşımlarında yaralanaraq xəstəxanaya yerləşdirilənlərdən ən az 30-nun hərbi qulluqçu və fövqəladə hallar işçiləri olduğunu, partlayışın səbəblərinin araşdırıldığını qeyd edib.

***

Qazaxıstanda hərbi hissənin anbarın yaxınlığında partlayış baş verib.

TASS-ın xəbərinə görə, bu barədə Qazaxıstan Müdafiə Nazirliyi məlumat yayıb.

Jambıl vilayətinin Bayzak rayonunda yerləşən hərbi hissədə, təxminən saat 19:00 radələrində anbarlardan birinin yaxınlığında yanğın baş verib. Yanğın nəticəsində partlayış yaranıb. Yanğının söndürülməsinə yanğınsöndürmə briqadaları cəlb edilib.

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN