Ermənistan və Azərbaycan tezliklə hər iki tərəfə uyğun şərtlərlə sülh müqaviləsi imzalaya bilər.

Tezadlar.az xəbər verir ki, bu barədə Ermənistan parlamentinin xarici əlaqələr daimi komissiyasının rəhbəri Sarqis Xandanyan bildirib.

O qeyd edib ki, respublika hökuməti həmişə konstruktiv dialoqa sadiqdir və müvafiq sazişin imzalanması imkanını istisna etmir. Lakin qanunvericinin fikrincə, sənəd hər iki tərəf üçün məqbul formada olmalıdır.

Bundan əvvəl Ermənistan parlamentinin spikeri Alen Simonyan bəyan etmişdi ki, İrəvan 5 gün ərzində Bakı ilə sülh müqaviləsi imzalaya bilər. Onun sözlərinə görə, tərəflər artıq altıncı dəfədir ki, bu məsələ ilə bağlı təklif mübadiləsi aparırlar. O vurğulayıb ki, əgər Bakı yeni təkliflər verməsə, saziş ən qısa zamanda imzalana bilər.

E.ŞİRİNOV

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN