Ölkəmizin gömrük orqanları qaçaq­mal­çılıq hallarına qarşı mübarizə təd­birlərini davam etdirir.

Belə ki, Bakı Baş Gömrük İdarəsi əməkdaşlarının keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində külli miqdarda siqaretin realizə edilməsinin qarşısı alınıb.

DGK Mətbuat və İctimaiyyətlə Əlaqələr İdarəsindən əldə etdiyimiz informasiyaya görə, Baş İdarənin Əməliyyat və Təhqiqat İdarəsinə ölkə ərazisinə qaçaqmalçılıq yolu ilə gətirilən aksiz markasız məhsulların naməlum şəxslər tərəfindən toplanılaraq saxlanılması və ayrı-ayrı şəxslərə satışının təşkil olunması barədə əməliyyat məlumatı daxil olub. Həmin məlumat əsasında gömrükçülərin keçirdiyi əməliyyat nəticəsində Azərbaycan Respublikasının vətəndaşı Bakı şəhərinin Nəsimi rayonu ərazisində qutularda olan naməlum predmetləri öz avtomobilinə yığarkən saxlanılıb. Saxlanılan şəxs Bakı Baş Gömrük İdarəsinə gətirilib və onun avtomobilinə baxış keçirilib. 

Qeyd edək ki, baxış zamanı avtomobilin yük yerindəki qutularda Azərbaycan Respublikasına məxsus aksiz markası ilə markalanmayan 60 000 ədəd “Marlboro” adlı siqaret aşkar olunub. Faktla bağlı araşdırma aparılır.

E.ŞİRİNOV

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN