Təqaüdçü fırıldaqçılara 9,4 milyon rubl verib.

Bu barədə Rusiya mətbuatı yazır.

Belə ki, Moskvada 82 yaşlı qadın dekabrın 12-də polisə ərizə ilə müraciət edib. Onun sözlərinə görə, fırıldaqçılar ona müxtəlif nömrələrdən zəng edərək özlərini İstintaq Komitəsinin maliyyə şöbəsinin müstəntiqi kimi təqdim ediblər.

"Onlar dedilər ki, bankların saxta əskinaslar buraxması ilə bağlı bir çox hallar aşkarlanıb və yoxlamaq üçün pulları çıxarıb İstintaq Komitəsinin maliyyə şöbəsinin nümayəndələrinə vermək lazımdır", - REN TV-nin həmsöhbəti bildirib.

Qeyd olunur ki, dekabrın 8-də naməlum qızın olduğu taksi maşını təqaüdçünün evinə yaxınlaşıb. Yaşlı qadın onunla birlikdə banka gedib və orada 9,4 milyon rubl məbləğində hesabını nağdlaşdırıb.

Bundan sonra onlar təqaüdçünün evinə gediblər və o, pulu naməlum qıza verib.

Hazırda hüquq-mühafizə orqanlarının əməkdaşları dələduzluq faktı ilə bağlı araşdırma aparır.

E.ŞİRİNOV

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN