Bu gün səhər saat 10:35 radələrində Bakının A.Cəlilov küçəsində zəncirvari avtoqəza baş verdi...

Hadisə şahidi olan "Təzadlar"ın əməkdaşı bildirir ki, A.Cəlilov küçəsindən Y.Səfərov küçəsinə (mərkəz istiqamətində) çatmağa təxminən 100 metr qalmış arxadan gələn su maşını idarəetməni itirərək zəncirvari qəza törədib. Bir-birinə dəyən avtomobillərə ciddi ziyan dəyib.

Əməkdaşımız bildirir ki, tıxaclı yolda su maşınının sürücüsü ən sonuncu sol zolağa daxil olaraq sağdakı zolaqdakı avtomobillərlə ara məsafəni nizamlaya bilməyərək qarşısındakı avtomobili arxadan vurub, həmin avtomobil də qarşaıdakıları. Beləliklə, 6 avtomobil bir-birini arxadan vurmuş olub.

Bu da sürücü təcrübəsizliyinin məncub olduğu idarəyə bu səhər gətirdiyi külli miqdarda ziyan!

A.Məmmədli  

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN