Yeni Azərbaycan Partiyası (YAP) partiyanın prezidentliyə namizədini açıqladı. Qalib Azərbaycanın Qalib Prezidenti hakim partiyanın namizədi olacaq. Azərbaycanın əldə etdiyi tarixi zəfərdən sonra ölkə yeni inkişaf mərhələsinə qədəm qoymaqdadır. Bir tərəfdən, Azərbaycanın geo-siyasi və geo-iqtisadi mövqeyinin daha da möhkəmlənməsi, digər tərəfdən isə islahatların daha da dərinləşməsi kontekstində dayanıqlı inkişafın qorunub saxlanması vacib priotitetlərdəndir.
Bunu Milli Məclisin deputatı, iqtisadçı-ekspert Vüqar Bayramov bildirib.
O, vurğulayıb ki, Azərbaycan xalqı qalib Ali Baş Komandan İlham Əliyevin yanındadır və ona etimad edir.
"Prezident İlham Əliyev hakimiyyətdə olduğu son 20 il ərzində tarixi zəfərlərə imza atmaqla yanaşı, Azərbaycan xaqlını qalib xalqa çevirən Müzəffər Ali Baş Komandandır. İlham Əliyevin namizədliyi Azərbaycanda inkluziv və davamlı inkişafın qorunması baxımdan vacib idi. Etiraf etmək lazımdır ki, bu gün Azərbaycan xalqı məhz Qalib Ali Baş Komandanın yanındadır və ona tam etimad edir.
Müstəqil yanaşma ilə İlham Əliyevin prezidentliyinin davamlığının vacibliyini çoxsaylı faktorlar ilə əsaslandırmaq mümkündür:
1. Müzəffər Ali Baş Komandan Azərbaycanın ərazi bütövlüyünü və suverenliyini tam bərpa edən dövlət başçısıdır;
2. Cənab Prezidentin rəhbərliyi ilə şanlı ordumuz yüz minlərlər məcburi köçkünün, o cümlədən mənim ata-baba yurdumu düşmən tapdağından azad etdi;
3. 30 il işğal altında qalan və tamamilə dağıdılaraq xarabalığa çevrilən torpaqlarımızda genişmiqyaslı quruculuq işləri həyata keçirilir. Artıq həm Qarabağda, həm də Şərqi Zəngəzurda intensiv qayıdışa start verilib;
4. Son 20 il ərzində Azərbaycan regionda ən böyük uğurlara imza atan dövlətlərdəndir. ÜDM 4, büdcə gəlirləri 30, xarici ticarət dövriyyəsi 10 dəfə artıb. Xarici borcun ÜDM-də payına görə Azərbaycan dünyada ən yaxşı göstəriciyə malik olan 10 ölkədən biridir. Son 20 ildə sərmayələrin ümumi həcmi 300 milyard ABŞ dolları keçib və onlardan 190 milyard dolları qeyri-enerji sektoruna yönəlib. Göründüyü kimi, Azərbaycan 20 il ərzində iqtisadi sahədə ciddi uğurlara nail olub;
5. Nəhayət, ən vacibi İlham Əliyev Ulu Öndərin müəyyənləşdirdiyi ideyaları inkişaf etdirən və milli strategiyanı daha da gücləndirən dövlət başçısıdır.
Bütün bunlar deməyə əsas verir ki, bu seçki Azərbaycan üçün yeni mərhələnin başlanğıcı olacaq. Bu mərhələ bütün sferalarda islahatların daha da dərinləşməsi, Böyük Qayıdışın intensiv davam etdirilməsi və Azərbaycanın geo-siyasi və geo-iqtisadi mövqeyinin daha da güclənməsi ilə xarakterizə olunacaq", - deyə Vüqar Bayramov qeyd edib.
Xatırladaq ki, Prezident İlham Əliyev dekabrın 7-si Növbədənkənar Azərbaycan Respublikası Prezidenti seçkilərinin keçirilməsi barədə Sərəncam imzalayıb.

Seçki Məcəlləsi və Azərbaycan Respublikasının Konstitusiyasına əsasən son seçkidən 7 il sonra, yəni 2025-ci ildə növbəti prezident seçkilərinin keçirilməsi gözlənilirdi, lakin Azərbaycan Prezidenti İlham Əliyevin imzaladığı 7 dekabr 2023-cü il tarixli sərəncamla Azərbaycanda növbədənkənar prezident seçkiləri günü 7 fevral 2024-cü il olaraq təyin olunub.

Beləliklə, Azərbaycan tarixində ilk dəfə prezident seçkiləri qış ayında keçiriləcək. Həmçinin, bu seçkilər sayca 3-cü növbədənkənar prezident seçkiləri olacaq. Eyni zamanda, Qarabağın işğaldan azad olunması ilə ilk dəfə prezident seçkiləri bütün ölkə ərazisində keçiriləcək. 

Y.Məmmədli
Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN