Kardinal Ancelo Becciu Londonda mülki işdə 5 il yarım müddətinə azadlıqdan məhrum edilib. Tarixdə ilk dəfə bir kardinal mühakimə olunaraq həbsxanaya göndərildi.

Bu barədə İtaliyanın ANSA xəbər agentliyi məlumat yayıb.

Londonda Müqəddəs Taxt-tac üçün daşınmaz əmlakın alınması prosesi iki il yarım davam edib. İstintaq müəyyən edib ki, kardinal Becciu prosedur zamanı yol verilən pozuntulara və sui-istifadələrə görə məsuliyyət daşıyır. O, həmçinin yalan məlumat verməkdə və dələduzluqda ittiham olunub. Məhkəmə zamanı müttəhimlər kürsüsündə kardinaldan başqa daha doqquz nəfər olub.

Böyük Britaniyada daşınmaz əmlakın alınması ilə bağlı sövdələşmə zamanı Becciu Vatikanın ümumi işlər üzrə dövlət katibinin müşaviri vəzifəsində çalışıb. İttiham tərəfi təqsirləndirilən şəxsə 7 il 3 ay həbs cəzası istəyib. Becciu ittihamların heç birində günahını etiraf etməyib.

E.ŞİRİNOV

 

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN