Qəzza zolağında yeganə katolik kilsəsində yüzlərlə insan sığınıb.

Kilsədə, digərlərilə yanaşı, Britaniya parlamentinin üzvü Leyla Moranın qohumları da var. Xarici Əlaqələr Komitəsinin Lib Dem sözçüsü, nənəsi və 11 yaşlı əkizləri də daxil olmaqla, geniş ailəsinin dörd üzvünün həftələrdir Müqəddəs Ailə kilsəsində sığındığını söyləyib.

Moran şənbə günü BBC-yə müsahibəsində deyib: "İndi onların Milad bayramına çatacaqlarına artıq əmin deyiləm".

Anası fələstinli olan Moran ailəsinin altıncı üzvünün xəstəxanaya gedə bilmədiyi üçün keçən ay öldüyünü söyləyib.

Şənbə günü kilsə rəsmiləri İsrail snayperini binada gizlənmiş iki xristian qadını öldürməkdə ittiham edib.

Qüds Latın Patriarxlığının bəyanatında deyilir: "Heç bir xəbərdarlıq, heç bir bildiriş yox idi. Onlar kilsənin ərazisində, heç bir döyüşən tərəflərin olmadığı yerdə soyuqqanlılıqla güllələniblər".

Bu arada Fələstinin səhiyyə naziri beynəlxalq ictimaiyyəti İsrail buldozerlərinin Kamal Ədvan xəstəxanası ərazisində insanları əzməsi ilə bağlı şahidlərin xəbərlərini araşdırmağa çağırıb, - Əl-Cəzirə xəbər verir.

Böyük Britaniyanın xarici işlər naziri David Cameron və Almaniyanın xarici işlər naziri Annalena Berbok Qəzza zolağında "davamlı atəşkəs" üçün birgə çağırış ediblər. Bazar günü “Sunday Times” qəzetində dərc olunan məqalədə Cameron və Berbok Qəzza zolağında "həddindən artıq çox mülki vətəndaşın öldürüldüyünü" və müharibənin "qeyri-müəyyən müddətə davam edə bilməyəcəyini" söyləyiblər.

"İsrailin özünü müdafiə etmək hüququ var, lakin o, beynəlxalq humanitar hüquqa hörmət etməlidir", - Cameron və Berbok deyib.

İki nazirin şərhləri, əvvəllər İsrailin oktyabrın 7-də HƏMAS-ın ölkəyə hücumlarına cavab vermək hüququnu güclü şəkildə dəstəkləyən Britaniya və Almaniya hökumətlərinin tonunda əhəmiyyətli dəyişiklik olduğunu göstərir.

​​ E.ŞİRİNOV

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN