Rusiya prezidenti Vladimir Putin ABŞ lideri Co Baydenin Moskvanın guya NATO-ya hücum edə biləcəyi ilə bağlı açıqlamalarını cəfəngiyyat və nitq şəkli adlandırıb.

"Bu, tamamilə cəfəngiyyatdır. Düşünürəm ki, prezident Bayden bunu başa düşür, bu sadəcə olaraq, Rusiya istiqamətindəki yanlış siyasətinə haqq qazandırmaq üçün ifadədir", - RF lideri bunu ” “Rossiya-1” telekanalında "Moskva. Kreml. Putin" proqramına müsahibəsində vurğulayıb.

Rusiya lideri əmindir ki, Vaşinqtonun bu mövqeyi yanlışdır, çünki Birləşmiş Ştatların qlobal inkişaf perspektivlərini nəzərə alması ehtimalı azdır “20 il əvvəl düşündükləri və açıq şəkildə bəyan etdikləri kimi Rusiyanı strateji məğlubiyyətə uğratmaqda maraqlıdırlar”.

"Düşünmürəm ki, bu, ABŞ-ın özünün milli maraqlarına uyğundur", - deyə Rusiya prezidenti qeyd edib.

 

JASMİN

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN