Ermənistanın baş naziri Nikol Paşinyan Rusiyanı Qarabağ münaqişəsinin həlli ilə bağlı razılaşmaları yerinə yetirməməkdə ittiham edib.

Tezadlar.az xəbər verir ki, bunu “News.ru” yazıb.

Paşinyan Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarovanın İrəvanın tanınmamış (qondarma – RED.) “Dağlıq Qarabağ Respublikası” ətrafında münaqişənin həlli ilə bağlı 2020-ci il sazişindən imtina etmək cəhdləri ilə bağlı bəyanatına cavab verib. Paşinyan cavab olaraq Rusiya Xarici İşlər Nazirliyinə Rusiya, Ermənistan və Azərbaycanın 9 noyabr 2020-ci il tarixli bəyanatını yenidən oxumağı təklif edib. “Qoy oxusunlar, görsünlər ki, kim hansı öhdəliyi yerinə yetirə bilməyib. Yəni, noyabrın 9-da üçtərəfli bəyanatda yazılıb ki, Azərbaycan Dağlıq Qarabağa hücum etməlidir, Rusiya sülhməramlıları bu zaman sığınacaqlarda olmalıdırlar?”, - deyə o bildirib.

Bundan əvvəl Moskva Bakı və İrəvan arasında sülh müqaviləsi üzrə danışıqların növbəti raundunun yaxın vaxtlarda Rusiya Federasiyasında keçirilməsi təklifini təsdiqləyib.

​ E.ŞİRİNOV

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN