Ukraynanın Dnepropetrovsk hakimiyyəti Sov.İKP MK-nın baş katibi Leonid Brejnevi şəhərin fəxri vətəndaşı adından məhrum edib.

Tezadlar.az bildirir ki, bu barədə Dnepropetrovsk şəhərinin meri Boris Filatov özünün Telegram kanalında məlumat verib.

“Brejnev “Dnepr şəhərinin fəxri vətəndaşı” adından məhrum edilib. Kimin nə deməsindən asılı olmayaraq biz şəhərin dekommunizasiyasını başa çatdıracağıq”, - o yazıb.

Yazda Brejnev Kiyevin fəxri vətəndaşı titulundan da məhrum edilib.

Xatırladaq ki, Ukrayna “dekommunizasiya” prosesinə hələ 2015-ci ildə müvafiq qanunun qəbulu ilə başlayıb. Bu, Rusiya və SSRİ tarixi ilə bağlı abidələrə, eləcə də rus xadimlərinə aiddir.

​ E.ŞİRİNOV

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN