Polşa Seyminin millətçilər və avroskeptiklər “Konfederasiyası” koalisiyasından olan üzvü Slavomir Mentzen marixuana və pokerin leqallaşdırılması yolu ilə dövlət xəzinəsini doldurmaq təklifi ilə çıxış edib.

Onun sözlərini “RİA Novosti” yayıb.

O xatırladıb ki, Polşada poker qanunsuzdur, ona görə də qumar həvəskarları Bratislavada milli çempionat keçirməyə məcbur olurlar.

“Və Polşa oyunçuları istənilən yerdə vergi ödəyirlər, lakin Polşada yox. Niyə bunu dəyişdirməyək? — Mentzen 2024-cü il büdcəsinin müzakirəsi zamanı deyib.

Parlamentari qadağaya görə ölkənin “büdcəyə ayrıla bilən milyardlarla zlotı” itirdiyini vurğulayıb. O, həmçinin marixuananı leqallaşdırmaq və ona “aksiz vergisi” tətbiq etmək təklifi ilə çıxış edib.

Materialda qeyd olunur ki, Polşada marixuana yalnız tibbi məqsədlər üçün leqallaşdırılıb, pulla poker oynamaq isə tamamilə qadağandır.

E.ŞİRİNOV

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN