Rusdilli uşaq bağçasının bir qrup uşağı Tallinndəki “Town Hall” aptekinə ekskursiya zamanı diskriminasiya ilə üzləşib. Aptek-muzeyin rəhbərliyi uşaqlara yolkada çay içərkən rus dilində yeni il mahnıları oxumağı qadağan edib.

Tezadlar.az xəbər verir ki, bu barədə Delfi məlumat yayıb.

Aptek nümayəndəsi uşaq qrupunun rəhbərinə "Rus dilində mahnı oxumaq yolverilməzdir", - deyib.

Uşaqları müşayiət edən müəllim Svetlananın qeyd edib ki, onların bağçası rusdillidir. Bağçadakı bütün uşaqlar eston dilini öyrənirlər, lakin onların əksəriyyəti üçün rus dili ana dilidir, “onlar daha aydın və onlara daha yaxın olan mahnılar oxuyurlar”. Qadın izah edib ki, xoşbəxtlikdən aptek işçisi onları eston dilində danlayıb və uşaqlar onu başa düşməyiblər.

Bundan əvvəl bildirilmişdi ki, Estoniya məktəblərində rus dilində tədris dayandırılıb və bu, BMT-də müzakirə obyektinə çevrilib. Burada “məktəbəqədər təhsil müəssisələrində və məktəblərdə azlıqların dillərində təhsilin ləğvi haqqında qanunun insan hüquqlarına dair beynəlxalq sənədlərə zidd olduğu” qəbul edildi. KİV-in məlumatına görə, ölkədə eston dilini yaxşı bilməyən müəllimlər üçün 10 min avroya qədər cərimə tətbiq edilib.

E.ŞİRİNOV

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN