Ötən gün Ukrayna Hərbi Hava Qüvvələri işğal altındakı Krım yarımadasının Feodosiya şəhərinin limanında “Novoçerkassk” desant gəmisini məhv edib.

Tezadlar.az "Ukrainskaya pravda"ya istinadla xəbər verir ki, bu barədə Ukrayna Hərbi Hava Qüvvələrinin komandanı Mıkola Oleşşuk özünün teleqram kanalında paylaşım edibb. “Rusiyada donanma getdikcə azalır. Bu dəfə Rusiyanın Qara dəniz flaqmanı “Moskva” kreyseriböyük “Novoçerkassk” desant gəmisi müşayiət edir”, – o vurğulayıb.

Xatırladaq ki, daha öncə 2022-ci ilin martın 24-də sözügedən gəmi işğal altındakı Berdyansk şəhərinin limanında olarkən Ukrayna qüvvələrinin raket hücumuna məruz qalıb. "Ria Novosti" adı çəkilən gəminin üç üzvünün öldüyünü açıqlamışdır. Eyni ilin aprelində isə Ukrayna qüvvələri Rusiyanın Qara dəniz donanmasının flaqmanı “Moskva” kreyserinə qanadlı raketlərlə zərbə endirərək onu batırıblar.

 

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN