ABŞ hakimiyyəti üçüncü ölkələrlə Rusiyada olan Amerika vətəndaşları Evan Qerşkoviç və Pol Uilanın dəyişdirilməsi imkanını müzakirə edir.

Bu barədə Ağ Evin Milli Təhlükəsizlik Şurasının (MTŞ) mətbuat xidmətinin rəhbəri Adrienne Vatson açıqlama verib.

Məsələ ilə bağlı üçüncü ölkələrlə danışıqların davam etdiyi qeyd edilir.

"ABŞ Prezidenti Co Bayden üçün amerikalıları evə gətirməkdən daha yüksək prioritet yoxdur" Vatson deyib.

Rəsmi həmçinin xatırladıb ki, ABŞ Dövlət Departamenti Uilan və Qerşkoviçlə bağlı Rusiyaya bir sıra təkliflərlə müraciət edib, onlardan biri Rusiya tərəfi tərəfindən rədd edilib.

Dekabrın 22-də Ağ Evin Milli Təhlükəsizlik Şurasının Strateji Kommunikasiyalar üzrə koordinatoru Con Kirbi bildirib ki, ABŞ Rusiyaya əsirlərin mübadiləsi ilə bağlı yeni təklif irəli sürmək imkanlarını araşdırır.

E.ŞİRİNOV

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN