Terror təşkilatı PKK-nın Suriyanın  Ayn Əl Ərəb, Kamışlı və Amude bölgələrindəki 50-yə yaxın hədəfi vurulub.

TEZADLAR.AZ Türkiyə mətbuatına istinadən xəbər verir ki, PKK-nın geyimdən silaha, partlayıcıdan gündəlik məişət materiallarına qədər istifadə etdiyi bütün məhsulları Suriyadakı obyektlərində istehsal etdiyi müəyyən edilib.
Türkiyə Milli Kəşfiyyat Təşkilatının (TMİT) bölgədəki agentləri hərəkətə keçərək Suriyanın Qamışlı, Amude və Ayn əl Ərəb bölgələrində PKK-nın hərbi, iqtisadi və logistika obyektlərinin mülki görünüşdə fəaliyyət göstərdiyini müəyyən ediblər. Bütün obyektlərlə bağlı məlumatlar mərkəzə ötürülüb.
Təşkilatla bağlı strategiya müəyyənləşdirildikdən və hazırlıqlar tamamlandıqdan sonra əməliyyata start verilib.
Əməliyyat zamanı təşkilata məxsus bütün infrastruktur obyektləri dəqiqliklə məhv edilib, 50-yə yaxın hədəf vurulub.
Əməliyyat zamanı mülki vətəndaşların zərər görməməsi üçün tədbirlər görülüb.
 Türkiyə Milli Kəşfiyyat Təşkilatının Suriya və İraqdakı əməliyyatlarını qətiyyətlə davam etdirəcəyi bildirilib.

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN