Qərb 2000-ci ildə Serbiyada həyata keçirdiyi "Buldozer inqilabını" təkrar edə biləcəkmi?

TEZADLAR.AZ xəbər verir ki, bunu siyasətçi Sahib Məmmədov sosial şəbəkə hesabında bildirib.

Siyasətçinin fikrincə, “məxməri inqilab” təşkilatçıları, yaradıcıları üçün ilk cəhd məşq prosesidir. O, bu inqilabların həyata keçirilmə yolunu, ardıcıllığı, gözləntiləri də sadalayıb.

“Unudanlara xatırladım ki, o dövrdə baş tutan bütün "məxməri inqilablar" birinci cəhddən sonra alınmamışdır. Serbiyada 1998-ci ildə aylarla davam edən aksiya nəticəsində olmuşdu. Ukraynadakı "Kuçma get" aksiyası da uğursuz olmuşdu. Gürcüstan da həmçinin.

"Məxməri inqilab" texnoloqları üçün birinci cəhd əsas məşq sayılır. Bundan əvvəl isə kəşfiyyat xarakterli lokal qarşıdurmalar yaradılır. Bu kəşfiyyatdan sonra hakimiyyətin zəif yerləri və ən əsas da hakimiyyətdə ən zəib bənd müəyyən edilir. "Buldozer inqilabında" bu Çaçak şəhəri idi. Belqırada yaxın olan kiçik şəhərdə hakimiyyəti müxalifət ələ keçirmişdi. Velmir İliç adlı şəxs şəhər sovetinin sədri və hakimiyyətə qarşı sərt müxalifətdə idi. Kİçik bir şəhər hakimiyyət zəncirinin zəif bəndinə çevrilə bildi.

Bir vaxtlar "York&Zimmerman" (belə inqilablar üçün kliplər, reklamlar, filmlər çəkmək barədə xüsusi mərkəzlərdən sifariş alır) tərəfindən çəkilən "Bringing Down a Dictator" filmi “məxməri inqilab”a arapan yolu çox peşəkar şəkildə göstərir. Əgər ona peşəkar gözü ilə baxılarsa. 2000-ci il Yuqoslaviya inqilabına "yumuşaq və sərt gücün" uğurlu tətbiqinin nəticəsi kimi də baxmaq olar”, deyə siyasətçi vurğulayıb.

 

JASMİN

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN