Latviya hakimiyyət orqanları yaşayış icazəsi almaq üçün sənədləri təqdim etməyən 1213 Rusiya vətəndaşını qeyd olunan müddətdə deportasiya etmək niyyətindədir.

Bu barədə “RİA Novosti” respublikanın Vətəndaşlıq və Miqrasiya Departamentinə istinadən yazır.

Departament izah edib ki, ruslar sənədləri immiqrasiya qanununa dəyişikliklərlə müəyyən edilmiş son tarixə - noyabrın 30-dək təqdim etməlidirlər.

İdarədən qeyd edilib ki, həmin şəxslərin sənəd təqdim etməməsi, yaşayış icazəsi almaması və ölkədən kənara çıxmaması səbəbindən onların deportasiya edilməsi barədə qərar qəbul edilib.

Departamentdən qeyd edilib ki, ölkədən deportasiya edilməli olanların yekun sayı hələ də dəqiqləşdiriləcək.

​ E.ŞİRİNOV

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN